...

Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib (FOTO)

İdman Materials 3 İyul 2017 16:33 (UTC +04:00)
Bu gün Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib.
Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib (FOTO)

Bakı. Trend:

Bu gün Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib.

Trend-in məlumatına görə, turnirin açılış mərasimində Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov çıxış edərək ölkəmizdə idmana böyük diqqət və qayğı göstərildiyini, müasir standartlara cavab verən idman və sağlamlıq infrastrukturunun yaradıldığını vurğulayıb.

Bütün bunların nəticəsidir ki, Azərbaycan bir sıra mötəbər tədbirlərlə yanaşı, beynəlxalq idman yarışlarına da ev sahibliyi edir.

Federasiyanın vitse-prezidenti ölkəmizdə digər idman növləri ilə yanaşı, stolüstü tennisin də inkişaf etdiyini, bu idman növünə uşaq və yeniyetmələrin getdikcə artan marağını diqqətə çatdırıb.

Sonra yarışlara start verilib. 12 və daha kiçik yaşlı idmançılar arasında keçirilən turnir şəxsi xarakter daşıyır. Yarışda Bakı, Sumqayıt, Gəncə şəhərlərindən, Şəki, Şabran, Gədəbəy rayonlarından 100-dən çox idmançı iştirak edir.

Azərbaycan birinciliyinə iyulun 6-da yekun vurulacaq, qaliblərə medallar və mükafatlar təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti