...

“Barselona” Messi ilə müqaviləni uzatdı

İdman Materials 5 İyul 2017 15:45 (UTC +04:00)
İspaniyanın “Barselona” futbol klubu argentinalı hücumçu Lionel Messi ilə müqavilənin müddətini uzatdığını elan edib
“Barselona” Messi ilə müqaviləni uzatdı

Bakı. Trend:

İspaniyanın “Barselona” futbol klubu argentinalı hücumçu Lionel Messi ilə müqavilənin müddətini uzatdığını elan edib.

Trend-in məlumatına görə, klub bu barədə rəsmi saytında bildirib.

Qeyd olunur ki, tərəflər müqavilənin 2021-ci il iyunun 30-dək uzadılmasına razılıq verib.

Müqavilə yaxın günlərdə imzalanacaq. Hazırda L.Messinin klubla müqaviləsi 2018-ci ilin iyulunadək qüvvədədir.

Yeni müqaviləyə əsasən, Lionel Messinin transfer qiyməti 300 milyon avro təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti