...

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi başa çatıb (FOTO)

İdman Materials 6 İyul 2017 18:20 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vurulub.
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi başa çatıb (FOTO)

Bakı. Trend:

Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vurulub.

Federasiyadan Trend-ə verilən məlumata görə, dörd gün davam edən və şəxsi xarakter daşıyan yarışlarda Bakı, Sumqayıt, Qaradağ, Şəki, Şabran, Gədəbəy və s. şəhər və rayonlardan 100-ə yaxın idmançı iştirak edib. Qalib gəlmiş idmançılara diplom və medallar təqdim olunub.

Yarışın qalibləri:

2005-2006-cı il təvəllüdlü qızlar arasında

I yer – Əlizadə Xədicə (Bakı Tennis Məktəbi)
II yer – İranpur Fidan (Şəki UGİM)
III yer – Rəsulzadə Aysu (Təhsil RİM Sumqayıt), Məmmədova Səbinə (Bakı Təhsil RİM)

2005-2006- cı il təvəllüdlü oğlanlar arasında

I yer – Məmmədov Emin (Bakı Tennis Məktəbi)
II yer – Becanov Xaliq (Bakı Təhsil RİM)
III yer – Məmmədbəyov Hacımurad (Şəki UGİM), Həsənzadə Zahid (Bakı Tennis Məktəbi)

2007-ci il təvəllüdlü və daha azyaşlı qızlar arasında

I yer – Cəfərova Fatimə (Sumqayıt 1 № UGİM)
II yer – Aslanova Arzu (Sumqayıt Təhsil RİM)
III yer – Nurmətova Mərziyə (Sumqayıt Təhsil RİM), Dadaşova Mehriban (Sumqayıt 1 № UGİM)

2007-ci il təvəllüdlü və daha azyaşlı oğlanlar arasında

I yer – Əhmədzadə Adil (Bakı Tennis Məktəbi)
II yer – Eylazov Hüseyn (Təhsil RİM Sumqayıt)
III yer – Qubadov Tahir (Təhsil RİM Sumqayıt), Hacılı Rüstəm (Bakı Tennis Məktəbi)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti