...

Azərbaycanlı referi beynəlxalq oyunlara təyinat alıb

İdman Materials 16 Avqust 2017 13:00 (UTC +04:00)
FIFA referisi Elçin Səmədli beynəlxalq oyunlara təyinat alıb.
Azərbaycanlı referi beynəlxalq oyunlara təyinat alıb

Bakı. Trend:

FIFA referisi Elçin Səmədli beynəlxalq oyunlara təyinat alıb.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, o, futzal üzrə UEFA kubokunun ilkin təsnifat mərhələsinin H qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

“Levski” (Bolqarıstan), “Knooppunt” (Hollandiya), TMT (Şotlandiya) və “Sjarmtrollan Idrettslag” (Norveç) komandalarının mübarizə aparacağı bu qrupun oyunları avqustun 22-dən 28-dək Norveçin Tromso şəhərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti