...

"Qarabağ" - "Roma" oyunu portuqaliyalı hakimlərə tapşırıldı

İdman Materials 25 Sentyabr 2017 14:10 (UTC +04:00)
UEFA Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ" - "Roma" oyununu portuqaliyalı hakimlər briqadası idarə edəcək.
"Qarabağ" - "Roma" oyunu portuqaliyalı hakimlərə tapşırıldı

Bakı. Trend:

UEFA Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ" - "Roma" oyununu portuqaliyalı hakimlər briqadası idarə edəcək.

Trend-in məlumatına görə, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək matçın baş hakimi Artur Dias olacaq. Ona yan xətt hakimləri Rui Tavares və Paulo Soares kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Bruno Rodriges yerinə yetirəcək. Matçın hakim-inspektoru Haim Yakov (İsrail), UEFA nümayəndəsi estoniyalı Oleq Xarlamovdur.

C qrupunun digər oyununda "Atletiko" Madriddə "Çelsi"ni qəbul edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti