...

Millimiz Almaniya yığmasına məğlub oldu (VİDEO)

İdman Materials 9 Oktyabr 2017 00:39 (UTC +04:00)
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi səfərdə Almaniya yığması ilə qarşılaşıb.
Millimiz Almaniya yığmasına məğlub oldu (VİDEO)

Bakı. Trend:

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi səfərdə Almaniya yığması ilə qarşılaşıb.

Oyunda hesabı 9-cu dəqiqədə meydan sahibləri açıb, fərqlənən Leon Qoretska olub. Ramil Şeydayev 34-cü dəqiqədə hesabı bərabərləşdirib. İlk hissə 1:1 hesablı bərabərliklə yekunlaşıb.

İkinci hissə Almaniya yığmasının üstünlüyü ilə başladı. Bunun nəticəsi olaraq, 54-cü dəqiqədə Sandro Vaqner, 64-cü dəqiqədə Antonio Rudiger fərqləndilər, 66-cı dəqiqədə isə Leon Qoretska dubla imza atdı - 4:1.

15 dəqiqə sonra hesab dəyişdi - 5:1. Fərqlənən Almaniya yığmasının türk əsilli futbolçusu Emre Can oldu.

Oyun 5:1 hesabı ilə Almaniya yığmasının xeyrinə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti