...

Millimiz UEFA Millətlər Liqasında dördüncü divizionda çıxış edəcək

İdman Materials 11 Oktyabr 2017 03:23 (UTC +04:00)
Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında dördüncü divizionda çıxış edəcək.
Millimiz UEFA Millətlər Liqasında dördüncü divizionda çıxış edəcək

Bakı. Trend:

Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında dördüncü divizionda çıxış edəcək.

Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, bu 2018-ci il dünya çempionatının qrup mərhələsinin Avropa zonasında seçmə oyunlarının yekunlarına əsasən məlum olub.

Millətlər Liqasında 55 Avropa yığması çıxış edəcək, onlar dörd diviziona bölünəcək (A, B, C, D). Hər divizionda 4 qrup olacaq, onların püşkü yanvarın 24-də Lozanna şəhərində keçiriləcək.

Qrupların tərkibi:

A divizionu:

Almaniya, Portuqaliya, İspaniya, Belçika, İngiltərə, Fransa, İsveçrə, İtaliya, Polşa, İslandiya, Xorvatiya və Niderland. Divizion 4 qrupdan ibarət olacaq.

B divizionu:

Avstirya, Uels, Russiya, Slovakiya, Ukrayna, İrlandiya, İsveç, Şimali İrlandiya, Danimarka, Bosniya və Herseqovina, Çexiya və Türkiyə. Divizion 4 qrupdan ibarət olacaq.

C divizionu:

Rumıniya, Şotlandiya, Sloveniya, Macarıstan, Serbiya, Albaniya, Norveç, Yunanıstan, Monteneqro, İsrail, Bolqarıstan, Finlandiya, Kipr, Estoniya və Litva. Divizionda 3 komandadan ibarət bir qrup və 4 komandada ibarət 3 qrup olacaq.

D divizionu:

Azərbaycan, Makedoniya, Gürcüstan, Belarus, Ermənistan, Qazaxıstan, Moldova, Latviya, Lüksemburq, Farer Adaları, Lixtenşteyn, Malta, Andorra, San-Marino, Cəbəllüttariq və Kosovo. Divizion 4 qrupdan ibarət olacaq.

Turnirə 2018-ci ilin sentyabrında start veriləcək, onun qalibi isə 2019cu ilin iyun ayında məlum olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti