...

Azərbaycan Yelkənli İdman Federasiyasının təmsilçisinə beynəlxalq qurumda yüksək vəzifə verilib (FOTO)

İdman Materials 28 Noyabr 2017 15:42 (UTC +04:00)
Azərbaycan Yelkənli İdman Federasiyasının təmsilçisinə beynəlxalq qurumda yüksək vəzifə verilib.
Azərbaycan Yelkənli İdman Federasiyasının təmsilçisinə beynəlxalq qurumda yüksək vəzifə verilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Yelkənli İdman Federasiyasının təmsilçisinə beynəlxalq qurumda yüksək vəzifə verilib.

Bu barədə Trend-ə Federasiyadan məlumat verilib.

Belçikada 26-28 noyabr tarixlərində “Avropa regionu üzrə Beynəlxalq Laser sinfi Assosiyasiyası” (EURİLCA) tərəfindən ümumi illik yığıncaq keçirilib. Yığıncağın keçirilməsinin əsas məqsədi yelkənli qayıqların “Laser” sinfi üzrə yarışlarının təşkili və mövcud standartların təkmilləşdirilməsi, habelə yarışan və maddi durumu aşağı olan yelkənçilərin yarışlarda iştirakına yardım edəcək xeyriyyə proqramının təşkil olunması, eyni zamanda yelkənçilərə məşqçi və yelkən məhsullarını əldə etmələrinə şərait yaratmaqdır.

Bu tədbirdə dövlət başçısı İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı ilə Azərbaycanda idmanın digər növləri ilə yanaşı, Yelkənli idman üzrə qısa zaman kəsiyində görülən işlər rəğbətlə qarşılanıb. Bildirilib ki, bu sahədə həyata keçirilən tədbirlər, əldə edilən nəaliyyətlər Yelkənli İdman Federasiyasının gələcəkdə daha böyük uğurlara imza atacağı barədə fikir bildirməyə əsas verir. Azərbaycanda Yelkənli İdmanın “Laser” sinfinin yeni yaranmasına baxmayaraq, ölkəmizin 2018-ci ildə “Laser 4.7” sinfi üzrə keçiriləcək Avropa çempionatına hazırlaşdığı yığıncaqda rəsmən bəyan edilib.

Qeyd edək ki, yığıncaqda Yelkənli İdman Federasiyasının idman işləri üzrə koordinatoru Burcu Algon Giorgianni EURİLCA-nın "Laser" sinfinin inkişafı komitəsinin sədri vəzifəsinə seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti