...

Yelkənli İdman Federasiyası təlim düşərgəsi təşkil edib (FOTO)

İdman Materials 4 İyun 2018 14:10 (UTC +04:00)
Yelkənli İdman Federasiyasının komandasının hazırlığı, o cümlədən yerli məşqçilərin təcrübə qazanması məqsədi ilə təlim düşərgəsi təşkil olunub.
Yelkənli İdman Federasiyası təlim düşərgəsi təşkil edib (FOTO)

Bakı. Trend:

31 may - 3 iyun tarixlərində Yelkənli İdman Federasiyasının komandasının hazırlığı, o cümlədən yerli məşqçilərin təcrübə qazanması məqsədi ilə təlim düşərgəsi təşkil olunub.

Federasiyadan Trend-ə verilən məlumata görə, məşqlərin yüksək keyfiyyətli olması və bu istiqamətdə peşəkarlığın artırılması məqsədilə beynəlxalq səviyyəli məşqçi Dragan Gasic Yelkənli İdman Federasiyası tərəfindən təlimə cəlb edilib.

Məlumat üçün deyək ki, Dragan Gasic 30 il məşqçi kimi fəaliyyət göstərib, 6 dünya və 4 Avropa çempionatının qalibi olub. Beynəlxalq səviyyəli məqçi məşq prosesindən və idmançılarımızın hazırlığından razı qaldığını bildirib.

4 gün davam edən təlimlər 10 saat nəzəri və 20 saat dənizdə praktiki məşqlərdən ibarət olub. Məşqlərdə 16 idmançı və 4 məşqçi iştirak edib.

Aktiv bazası 2014-cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi hər zaman maddi texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırılmaq, komandaya yeni idmançıları cəlb etmək olub. Məqsədlərə çatmaq üçün Federasiya tərəfindən qabaqcıl Avropa şirkətlərindən yelkənli idman üzrə qayıqların gətirilməsi, eyni zamanda qısa müddət ərzində beynəlxalq səviyyəli məşqçilərin Azərbaycana dəvət edilməsi təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti