...

2026-cı ildə futbol üzrə Dünya Çempionatına Kanada, ABŞ və Meksika birgə ev sahibliyi edəcək

İdman Materials 13 İyun 2018 15:13 (UTC +04:00)
2026-cı ildə futbol üzrə XXIII dünya çempionatına Kanada, ABŞ və Meksika birlikdə ev sahibliyi edəcəklər.
2026-cı ildə futbol üzrə Dünya Çempionatına Kanada, ABŞ və Meksika birgə ev sahibliyi edəcək

Bakı. Trend:

2026-cı ildə futbol üzrə XXIII Dünya Çempionatına Kanada, ABŞ və Meksika birlikdə ev sahibliyi edəcəklər.

Trend-in məlumatına görə, bu barədə qərar iyunun 13-də FIFA-nın Moskvada keçirilən 68-ci yığıncağında qəbul olunub.

Qeyd edək ki, XXIII dünya çempionatına ev sahibliyinə Kanada-ABŞ-Meksika üçlüyü ilə yanaşı, Mərakeş də mübarizə aparıb.

Səsvermə nəticəsində 134 nəfər Kanada-ABŞ-Meksika üçlüyünə, 65 nəfər isə Mərakeşə səs verib. Bir nəfər bitərəf qalıb.

2026-cı ildə təşkil olunacaq dünya çempionatında 48 komanda mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti