...

DÇ-2018 futbol gününün nəticələri

İdman Materials 19 İyun 2018 00:57 (UTC +04:00)
Futbol üzrə Dünya Kubokunun növbəti günü sürprizsiz keçdi.
DÇ-2018 futbol gününün nəticələri

Bakı. Trend:

Futbol üzrə Dünya Kubokunun növbəti günü sürprizsiz keçdi.

F qrupunda İsveç Cənubi Koreyanı 1:0 hesabı ilə məğlub etdi. Oyunda yeganə qolu İsveç komandasının kapitanı Andreas Granqvist penal nöqtəsindən vurdu.

G qrupunun ilk oyununda Belçika asanlıqla Panamaya qalib gəldi 3:0. Hesabı 47-ci dəqiqədə Dris Mertens açdı. 69-cu və 75-ci dəqiqələrdə fərqlənən Romelu Lukaku oyunun yekun hesabını müəyyən etdi.

F qrupunun ikinci oyununda isə İngiltərə Tunis ilə qarşılaşdı. Krallıq nümayəndələri əlavə vaxtda qol vurmaqla 2:1 hesabı ilə qalib gəldilər. Dubl vuran Xarri Keyn İngiltərə komandasına 3 xal qazandırdı. 35-ci dəqiqədə Tunisin yeganə qolunu yarımmüdafiəçi Fərcani Sassi vurdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti