...

DÇ-2018: Braziliya ilk qələbəsini çətinliklə qazandı (VİDEO)

İdman Materials 22 İyun 2018 17:58 (UTC +04:00)
Rusiyada keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin II turunun oyunları davam edir.
DÇ-2018: Braziliya ilk qələbəsini çətinliklə qazandı (VİDEO)

Bakı. Trend:

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin II turunun oyunları davam edir.

Trend-in məlumatına görə, E qrupunda Braziliya və Kosta Rika yığmaları qarşılaşıblar.

İlk hissə qolsuz bərabərə qalıb.

İkinci hissədə braziliyalı futbolçuların çoxsaylı hücumları yalnız 90+1-ci dəqiqədə nəticə verib - Koutinyo fərqlənib. Əlavə olunmuş 7-ci dəqiqədə isə Neymar son nöqtəni qoyub - 2:0.

Beləliklə, Braziliya 2 oyundan 4 xal qazanıb. Serbiya millisi 1 oyundan 3 xalla ikincidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti