...

DÇ-2018: Nigeriya yığması İslandiya komandası üzərində qələbə qazandı (VİDEO)

İdman Materials 22 İyun 2018 21:10 (UTC +04:00)
Futbol üzrə Nigeriya yığması Rusiyada Dünya Çempionatı çərçivəsində İslandiya komandası üzərində qələbə qazanıb.
DÇ-2018: Nigeriya yığması İslandiya komandası üzərində qələbə qazandı (VİDEO)

Bakı. Rauf Quliyev - Trend:

Futbol üzrə Nigeriya yığması Rusiyada Dünya Çempionatı çərçivəsində İslandiya komandası üzərində qələbə qazanıb.

Trend-in məlumatına görə, “Volqoqrad Arena” stadionunda keçirilən oyun afrikalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Nigeriya komandasının hər iki qolunu Əhməd Musa vurub (49 və 75-ci dəqiqələr).

İslandiyanın 83-cü dəqiqədə hesabda fərqi azaltmağa imkanı olsa da, Gilfi Siqurdson penaltini reallaşdıra bilməyib.

Beləliklə “D” qrupunda ikinci turdan sonra birinci yerdə 6 xalla Xorvatiya yığmasıdır, Nigeriya komandası 3 xalla ikincidir. İslandiya və Argentina yığmaları isə hərəsinin bir xalı olmaqla 3 və 4-cü yerləri bölüşdürürlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti