...

DÇ-2018: Serbiya yığması İsveçrəyə məğlub oldu (VİDEO)

İdman Materials 22 İyun 2018 23:59 (UTC +04:00)
Serbiyanın futbol üzrə yığma komandası Rusiyada keçirilən Dünya Çempionatı çərçivəsində İsveçrə millisinə məğlub olub.
DÇ-2018: Serbiya yığması İsveçrəyə məğlub oldu (VİDEO)

Bakı. Trend:

Serbiyanın futbol üzrə yığma komandası Rusiyada keçirilən Dünya Çempionatı çərçivəsində İsveçrə millisinə məğlub olub.

Trend-in məlumatına görə, Kalininqrad şəhərində keçirilən oyun 1:2 hesabı ilə yekunlaşıb.

Oyunda hesabı 5-ci dəqiqədə Serbiya komandasının futbolçusu Aleksandr Mitroviç açıb. Bərabərlik qolunu 52-ci dəqiqədə Qranit Djaka vurub.

İsveçrəlilərin qələbə qolunu isə oyunun sonuncu dəqiqəsində Djerdan Şagiri vurub.

Beləliklə, "E" qrupunda ikinci turdan sonra birinci yerdə 4 xalla Braziliya komandasıdır. Onun ardınca 4 xalla İsveçrədir, Serbiya yığması 3 xalla üçüncü, Kosta-Rika isə 0 xalla sonuncu yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti