Bakı. Trend:
Serbiyanın futbol üzrə yığma komandası İsveçrə ilə oyunu idarə edən hakim Feliks Brıxın qərarı ilə bağlı FIFA-ya şikayət edəcək.
Trend-in məlumatına görə, bunu Serbiya Futbol İttifaqının başçısı Yovan Şurbatoviç deyib.
Qeyd edək ki, ikinci hissədə İsveçrə komandasının iki müdafiəçisi öz cərimə meydanlarında başka zərbə endirməyə çalışan serbiyalı hücumçu Aleksandr Mitroviçi tutub saxlayıblar. Serblərin fikrincə, Brıxın penalti təyin etmək üçün bütün əsasları olub, lakin o bunu etməyib.
Oyunun nəticələrinə görə İsveçrə 2:1 hesabı ilə qalib gəliblər və Serbiya qrupda üçüncü yerdə qərarlaşıb.