...

DÇ-2018: Meksika Cənubi Koreyanı minima fərqlə məğlub etdi

İdman Materials 23 İyun 2018 23:55 (UTC +04:00)
Rusiyada futbol üzrə Dünya Çempionatı davam edir
DÇ-2018: Meksika Cənubi Koreyanı minima fərqlə məğlub etdi

Bakı. Trend:

Rusiyada futbol üzrə Dünya Çempionatı davam edir.

Trend-in məlumatına görə, bu gün "F” qrupunda yer alan Cənubi Koreya və Meksika yığmaları qarşılaşıb. Oyun Meksika yığmasının 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Meksikanın qollarını Karlos Vela (26-cı dəqiqə, penal) və Xavyer Ernandes (66-cı dəqiqə) vurub, Cənubi Koreyanın yeganə qolunu isə Son Xın Min (90+3-cü dəqiqə) vurub.

Qeyd edək ki, iyulun 15-dək davam edəcək 21-ci mundialda 32 komanda 8 qrupda yarışacaq.

Oyunları Moskva (“Lujniki” və “Spartak” stadionları), Sankt-Peterburq (“Sankt-Peterburq”), Soçi ("Fişt"), Kazan (“Kazan Arena”), Kalininqrad (“Kalininqrad”), Nijni Novqorod (“Nijni Novqorod”), Volqoqrad (“Volqoqrad Arena”), Samara (“Samara Arena”), Saransk (“Mordoviya Arena”), Rostov-na-Don (“Rostov Arena”) və Yekaterinburq şəhərlərində (“Yekaterinburq Arena”) 12 stadionda keçiriləcək.

İyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti