Bakı. Trend:
Rusiyada futbol üzrə Dünya Çempionatı davam edir.
Trend-in məlumatına görə, bu gün "F” qrupunda yer alan Almaniya və İsveç yığmaları qarşılaşıb. Oyun Almaniya yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Almaniyanın qollarını Marko Roys (48-ci dəqiqə) və Toni Kroos (90+5-ci dəqiqə) vurub, İsveçin yeganə qolunu isə O.Toyvonen (32-ci dəqiqə) vurub. Oyunun 82-ci dəqiqəsində Almaniyanın müdafiəçisi J.Boatenq qırmızı vırıqı alaraq meydandan qovulub.
Qeyd edək ki, iyulun 15-dək davam edəcək 21-ci mundialda 32 komanda 8 qrupda yarışacaq.
Oyunları Moskva (“Lujniki” və “Spartak” stadionları), Sankt-Peterburq (“Sankt-Peterburq”), Soçi ("Fişt"), Kazan (“Kazan Arena”), Kalininqrad (“Kalininqrad”), Nijni Novqorod (“Nijni Novqorod”), Volqoqrad (“Volqoqrad Arena”), Samara (“Samara Arena”), Saransk (“Mordoviya Arena”), Rostov-na-Don (“Rostov Arena”) və Yekaterinburq şəhərlərində (“Yekaterinburq Arena”) 12 stadionda keçiriləcək.
İyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.