...

DÇ-2018 günün futbol nəticələri

İdman Materials 28 İyun 2018 01:02 (UTC +04:00)
Rusiyada keçirilən futbol üzrə Dünya Kubokunda növbəti futbol günü sürprizsiz ötüşmədi.
DÇ-2018 günün futbol nəticələri

Bakı. Trend:

Rusiyada keçirilən futbol üzrə Dünya Kubokunda növbəti futbol günü sürprizsiz ötüşmədi.

F qrupunda yer alan hazırkı dünya çempionu Almaniya yığması gözlənilmədən Cənubi Koreya komandasına məğlub oldu – 0:2. Beləliklə, Almaniya komandası 3 xal toplayaraq qrupda 4-cü oldu. Ardıcıl olaraq üçüncü dəfədir ki, hazırkı dünya çempionu qrup mərhələsini aşa bilmir. Qrupun növbəti oyununda İsveç Meksikanı məğlub etdi – 3:0. Buna baxmayaraq məhz bu iki komanda növbəti 1/8 mərhələsinə vəsiqə qazandı.

E qrupunda Serbiya Braziliya yığması ilə görüş keçirdi. Paulinyo və Tiaqo Silvanın qolları Braziliya yığmasını 7 xalla qrupun birincisi etdi. İkinci oyununda İsveçrə Kosta-Rika komandası ilə heç-heçə oynadı – 2:2. Braziliyanın ardından İsveçrə yığması qrupda ikinci yer tutaraq 1/8 finalda yerini təmin etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti