...

DÇ-2018: Belçika və İngltərə 1/8 final mərhələsində

İdman Materials 29 İyun 2018 00:29 (UTC +04:00)
Bu gün Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının qrup mərhələsinin son oyunları keçirilib
DÇ-2018: Belçika və İngltərə 1/8 final mərhələsində

Bakı. Trend:

Bu gün Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının qrup mərhələsinin son oyunları keçirilib.

Trend-in məlumatına görə, "G" qrupunda yer alan İngiltərə və Belçika üz-üzə gəliblər. Oyun Belçika yığmasının minimal hesablı qələbəsi ilə yekunlaşıb - 0:1. Qolu belçikalı hücumçu A.Yanuzay vurub (51-ci dəqiqə).

Digər oyun "G" qrupunda yer alan Panama və Tunis yığmaları arasında keçirilib. Oyunun 1-ci hissəsində 1:0 hesabı ilə iralidə olan Panama yığması ikinci hissədə qapısında iki qol görərək məğlub olub. Qolları Y.Meriya (33-cü dəqiqə, avtoqol), F.Ben_Yussef (51-ci dəqiqə) və V.Xəzri 66-cı dəqiqə) vurublar.

Beləliklə, "G" qrupundan ilk pillədə qərarlaşan Belçika (9 xal) və ikinci pillədə qərarlaşan İngiltərə (6 xal) ığmaları 1/8 finall mərhələsinə vəsiqə qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti