...

Futbol üzrə Dünya Çempionatının ilk ¼ finalçısı Fransadır (VİDEO)

İdman Materials 30 İyun 2018 19:55 (UTC +04:00)
Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatı çərçivəsində ilk 1/8 final oyunu keçirilib.
Futbol üzrə Dünya Çempionatının ilk ¼ finalçısı Fransadır (VİDEO)

Bakı. Rauf Quliyev - Trend:

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatı çərçivəsində ilk 1/8 final oyunu keçirilib.

Trend-in məlumatına görə, “Kazan Arena” stadionunda Fransa və Argentina aralarında keçirilən oyunda 7 qol vurulub. Fransa yığmasının 4 qoluna argentinalılar 3 qolla cavab verib.

Oyunda hesabı fransızlar açıb, 13-cü dəqiqədə penaltini Antuan Qrizman dəqiq yerinə yetirib. Bu qola argentinalılar hissənin sonunda, 41-ci dəqiqədə cavab verə biliblər. Anxel Di Maria uzaqdan zərbə ilə gözəl qola imza atıb.

İkinci hissənin əvvəlində, 48-ci dəqiqədə Qabriel Merkado Argentinanı irəli çıxarıb. Fransızların cavabı isə özünü çox gözlətməyib. Cəmi 9 dəqiqə sonra Pavar Fransa yığmasının bərabərlik qolunu vurub.

Oyunun 64 və 68-ci dəqiqələrində ardıcıl olaraq Fransa yığması Argentinanın qapısına yol tapıb. Bu dəfə Mbappe və Matyudi fərqlənib.

Argentinalıların hücumçusu Serxio Aquero komandasını 93-cü dəqiqədə daha bir qolla ümidləndirsədə, qalan dəqiqələr Argentina yığmasına əlavə vaxtda mübarizəni davam etdirməyə bəs etməyib. Oyun fransızların qələbəsi ilə yekunlaşıb.

Beləliklə, Fransa komandası turnirin 1/4 finalına yüksəlib. Onun rəqibi bu gün saat 22:00-da baş tutacaq Uruqvay və Portuqaliya yığmalarının oyununda qalib gələcək komanda olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti