...

Belçika yığması Dünya Çempionatının ¼ finalına yüksəlib, rəqib Braziliya olacaq

İdman Materials 3 İyul 2018 00:01 (UTC +04:00)
Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatı çərçivəsində keçirilən 1/8 final oyununda Belçika və Yaponiya komandaları görüşüb.
Belçika yığması Dünya Çempionatının ¼ finalına yüksəlib, rəqib Braziliya olacaq

Bakı. Trend:

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatı çərçivəsində keçirilən 1/8 final oyununda Belçika və Yaponiya komandaları görüşüb.

Trend-in məlumatına görə, oyun 3:2 hesabı ilə belçikalıların xeyrinə yekunlaşıb.

İlk hissə 0:0 hesabı ilə bitib. İkinci hissənin əvvəlində, 48-ci dəqiqədə Genki Haraquçi və 52-ci dəqiqədə Takaşi İnui yaponların ardıcıl iki qol vuraraq Yaponiyanı hesabda irəli çıxarıblar.

Belçikalıların cavabı 69-cu dəqiqədə gəlib, Yan Vertongen fərqlənib. Daha sonra oyuna çıxan Maruan Fellaini oyunda hesabı bərabərləşdirib - 2:2.

Nəhayət, oyuna əlavə olunmuş dəqiqələrdə, belçikalılar əks hücum nəticəsində üçüncü və sonuncu qolu vuraraq oyunda qələbə qazanıblar. Bu dəfə Naser Şadli fərqlənib.

Beləliklə, Belçika yığması “DÇ-2018”in ¼ final mərhələsinə yüksəlib, onun rəqibi Braziliya yığması olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti