...

DÇ-2018: Bütün 1/4 finalçılar bəlli oldu

İdman Materials 4 İyul 2018 03:48 (UTC +04:00)
Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının 1/4 final mərhələsinin cütlükləri məlum olub
DÇ-2018: Bütün 1/4 finalçılar bəlli oldu

Bakı. Trend:

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının 1/4 final mərhələsinin cütlükləri məlum olub.

Trend-in məlumatına görə, iyulun 6-sı Nijni Novqorodda Uruqvay və Fransa yığmaları, Kazanda isə Braziliya və Belçika yığmaları qarşılaşacaq. İyulun 7-si Samarada İsveç və İngiltərə arasında, Soçidə isə Rusiya və Xorvatiya arasında oyun keçiriləcək.

İyulun 10-da yarımfinal mərhələsində Uruqvay-Fransa cütlüyünün qalibi Sankt-Peterburqda Braziliya-Belçika cütlüyünün qalibi ilə üz-üzə gələcək. İyulun 11-i Moskvada Rusiya-Xorvatiya cütlüyünün qalibi İsveç-İngiltərə cütlüyünün qalibi ilə qarşılaşacaq.

Dünya Çempionatının finalı Moskvada iyulun 15-i "Lujniki" stadionunda baş tutacaq, 3-cü yer uğrunda oyun isə iyulun 14-ü Sankt-Peterburqda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti