...

DÇ-2018: Fransanın yarımfinaldakı rəqibi məlum oldu - Belçika

İdman Materials 7 İyul 2018 00:00 (UTC +04:00)
Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının 1/4 final mərhələsində Braziliya ilə Belçika yığmaları qarşılaşıb
DÇ-2018: Fransanın yarımfinaldakı rəqibi məlum oldu - Belçika

Bakı. Trend:

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının 1/4 final mərhələsində Braziliya ilə Belçika yığmaları qarşılaşıb.

Trend-in məlumatına görə, oyunun 13-cü dəqiqəsində Braziliyanın oyunçusu Fernandiyo topu öz qapısından keçirərək Belçikanı hüsabda önə keçirib - 0:1. Görüşün 31-ci dəqiqəsində belçikalı K. De Brüyne hesabdakı fərqi artırıb - 0:2.

İkinci hissənin 76-cı dəqiqəsində Koutinyonun ötürməsindən sonra R.Auqusto yığmasının oyundakı yeganə qolunu vuraraq hesabdakı fərqi azaldıb - 1:2.

Beləliklə, Belçika yığması DÇ-2018-in yarımfinal mərhələsinə vəsiqə qazanıb. Belçikanın rəqibi Fransa olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti