...

DÇ-2018: Günün futbol nəticələri. Yarımfinalçılar müəyyənləşib

İdman Materials 8 İyul 2018 01:40 (UTC +04:00)
Rusiyada keçirilən Dünya Kubokunda 1/4 finalın son görüşü keçirilib.
DÇ-2018: Günün futbol nəticələri. Yarımfinalçılar müəyyənləşib

Bakı. Trend:

Rusiyada keçirilən Dünya Kubokunda 1/4 finalın son görüşü keçirilib.

Rusiya komandası Dünya Kubokunun 1/4 finalında penal zərbəlirindən sonra Xorvatiya millisinə məğlub olub və turniri başa vurub. Oyun Soçidə "Fisht" stadionunda keçirilirdi.

Matçın əsas və əlavə vaxtı - 2:2 hesabı ilə başa çatıb. 31-ci dəqiqədə oyunda hesabı Rusiya milli komandasının hücumçusu Denis Çeryshev açdı. 39-cu dəqiqədə Xorvatiyanın oyunçusu Andrei Kramariç hesabı bərabərləşdirdi. 101-ci dəqiqədə müdafiəçi Domagoi Vida Xorvatiya milli komandasını irəli çıxardı. 115-ci dəqiqədə isə Rusiya milli komandasının müdafiəçisi Mario Fernandez oyunda tarazlığı bərpa etdi. Penal zərbələrindən sonra hesab 4:3 xorvatların xeyirinə nəticələndi.

Yarımfinalda Xorvatiya komandası digər 1/4 oyununda İsveçi 0:2 hesabı ilə məğlub edən İngiltərə yığmasına qarşı oynayacaq.

Həmin oyunda hesabı 30-cu dəqiqədə İngilis müdafiəçisi Harri Maquair açdı. 59-cu dəqiqədə yarımmüdafiəçi Deli Alli ingilislərin üstünlüyünü iki topa çatdıraraq oyunun yekun hesabını müəyyənləşdirdi.

Xatırladaq ki, yarımfinal oyunu iyulun 11-də Moskvada "Lujniki" stadionunda keçiriləcək.

Digər yarımfinalda isə Fransa və Belçika komandaları qarşılaşacaq. Oyun 10 iyulda Sankt-Peterburqda baş tutacaq.

Turnirin final oyunu isə iyulun 15-də "Lujniki" də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti