...

Zaqrebdə Xorvatiya futbolçularını 300 mindən artıq insan qarşılayıb

İdman Materials 17 İyul 2018 01:43 (UTC +04:00)
Zaqrebdə Xorvatiyanın furbol üzrə milli komandasını 300 mindən artıq azarkeş qarşılayıb
Zaqrebdə Xorvatiya futbolçularını 300 mindən artıq insan qarşılayıb

Bakı. Trend:

Zaqrebdə Xorvatiyanın furbol üzrə milli komandasını 300 mindən artıq azarkeş qarşılayıb.

Trend-in məlumatına görə, şəhərin Ban Yosip Yelaçiç meydanında 110 minə yaxın insan, 200 minə yaxın isə futbolçuların avtobusunun keçdiyi avtomobil yollarının kənarlarında toplaşıb.

Polislərin məlumatına əsasən, azarkeşlər və idmançılara Dünya Çempionatında ü-ci yer tutmaları münasibəti ilə təbrik etmək istəyənlər səhər saatlarından meydanda toplaşmağa başlayıb.

Qeyd edək ki, Xorvatiya yığması Rusiyada futbol üzrə keçirilən Dünya Çempionatının finalında Fransa yığmasına 4:2 hesabı ilə məğlub olaraq gümüş medallara sahib olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti