...

Stolüstü tennisçilərimiz gənclər arasında Avropa Çempionatının finalında

İdman Materials 19 İyul 2018 15:07 (UTC +04:00)
14-24 iyul 2018-ci il tarixlərində Rumıniyanın Kluj-Napoka şəhərində stolüstü tennis üzrə gənclər arasında Avropa Çempionatı keçirilir.
Stolüstü tennisçilərimiz gənclər arasında Avropa Çempionatının finalında

Bakı. Trend:

14-24 iyul 2018-ci il tarixlərində Rumıniyanın Kluj-Napoka şəhərində stolüstü tennis üzrə gənclər arasında Avropa Çempionatı keçirilir.

Bu barədə Trend-ə Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib.

44 ölkədən 42 kişi və 39 qadın komandasının iştirak etdiyi çempionatda oğlanlardan ibarət komandamız çempionatın 1/8 mərhələsi ilə kifayətlənməli olub. Qızlardan ibarət yığmamız isə 1/4 finalda Almaniya yığmasına, yarımfinalda isə Fransa yığmasına qalib gələrək finala vəsiqə qazanıb. Qızlardan ibarət komandamız finalda Rusiya yığması ilə görüşəcək.

Final görüşünü bu gun 20:30-da Federasiyanın rəsmi “Facebook” səhifəsindən (https://www.facebook.com/www.astf.az/) canlı izləmək mümkündür.

Xatırladaq ki, 2017-ci il stolüstü tennis üzrə gənclər arasında Avropa Çempionatında qızlardan ibarət yığmamız komanda hesabında III yer tutaraq bürünc medal, şəxsi yarışlarda isə qız tennisçimiz qızıl medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti