...

Premyer Liqa: "Qarabağ" "Qəbələ" üzərində böyük hesablı qələbə qazanıb

İdman Materials 23 Sentyabr 2018 22:40 (UTC +04:00)

Bakı. Trend:

Sentyabrın 23-də futbol üzrə Azərbaycan Premyer Liqası çərçivəsində beşinci turun mərkəzi qarşılaşması keçirilib.

Trend-in məlumatına görə, "Qarabağ" öz meydanında "Qəbələ"ni qəbul edib. Qarşılaşmada hesabı 30-cu dəqiqədə A.Zubir açıb - 1:0. Birinci hissəyə əlavə olunmuş vaxtda (45+1) A.Abdullayev hesabdakı fərqi 2-yə çatdırıb - 2:0.

Oyunun ikinci hissəsinədə ev sahibi daha fəal başlayıb və 61-ci dəqiqədə C.Delarjın qolu ilə hesab 3:0 olub. 11 dəqiqə sonra (72-ci dəqiqə) A.Zubir özünün 2-ci komandasının 4-cü qolunu vurub - 4:0. Əsas vaxtın sonuncu dəqiqəsində "Qəbələ"nin oyunçusu R.Ramaldanov komandasının oyundakı yeganı qolunu vurub.

Qonaqların oyunçusu T.Xəlilzadə 90+2-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Oyun 4:1 hesbaı ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti