...

Stolüstü tennis üzrə növbəti təsnifat mərhələsi Bakıda

İdman Materials 1 Oktyabr 2018 14:04 (UTC +04:00)
Stolüstü tennis üzrə növbəti təsnifat mərhələsi Bakıda
Stolüstü tennis üzrə növbəti təsnifat mərhələsi Bakıda

Bakı. Trend:

Avropa Stolüstü Tennis Birliyinin təqvim idman planına müvafiq olaraq, 2019-cu ildə Avropa komanda çempionatının növbəti təsnifat mərhələsi keçiriləcək.

Trend Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir ki, 2 oktyabr 2018-ci il tarixində qadınlardan ibarət yığma komandamız Almaniya yığması ilə 15:00-da, kişilərdən ibarət millimiz isə saat 18:00-da Litva komandası ilə görüşəcək. Oyunlar Bakıda, "Şüa" İdman-sağlamlıq kompleksində keçiriləcək

Avropa Stolüstü Tennis Birliyinin yeni qaydalarına əsasən, Avropa komanda və şəxsi çempionatları bir il şəxsi və növbəti il komanda olmaqla keçiriləcək. 2019-cu ildə keçiriləcək Avropa komanda çempionatında 24 qadın və 24 kişi komandası iştirak etmək hüququna malikdir. Bu 24-lüyə düşmək üçün Avropa komandaları ev sahibi və səfərdə olmaqla təsnifat oyunlarında iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti