...

Qurban Qurbanov: Komandam sona qədər dayanmadan mübarizə apardı

İdman Materials 15 Oktyabr 2018 00:51 (UTC +04:00)
Komandam sona qədər dayanmadan mübarizə apardı
Qurban Qurbanov: Komandam sona qədər dayanmadan mübarizə apardı

Bakı. Trend:

Komandam sona qədər dayanmadan mübarizə apardı.

Trend-in məlumatına görə, bu sözləri UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilmiş Azərbaycan - Malta oyunundan sonra milli komandamızın baş məşqçisi Qurban Qurbanov mətbuat konfrasında deyib.

Q.Qurbanov bildirib: "Qələbə qazana bilməsək də, buna nail olmaq üçün bütün gücünü meydanda sərf etdiyinə görə, futbolçularıma təşəkkür edirəm. Məğlub olsaydıq belə, onlardan razı qalacaqdım. Futbolçularda müəyyən qədər gərginlik vardı. Ancaq epizodlara görə onlara hansısa iradlar bildirmədim. Bu gün qələbə qolunu vura bilmədik. Oyun sürətli keçdi, xeyli sayda hücumlar quruldu. Komandam sona qədər dayanmadan mübarizə apardı. Artıq futbolçularımız da 90 dəqiqə mübarizə aparmağa öyrəşib. Bu komandaya, futbolçulara inanmaq lazımdı. Onların hər biri kifayət qədər məsuliyyətlidirlər"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti