Bakı. Trend:
"Barselona"nın hücumçusu Lionel Messi qarşıda duran yoldaşlıq oyunları üçün Argentinanın futbol üzrə yığma komandasınının heyətinə daxil olunub.
Trend-in məlumatına görə, bunu ölkənin Futbol Assosiasiyasının mətbuat xidməti bildirib.
31 yaşlı forvard Rusiyada 2018-ci ildə keçirilən Dünya Çempionatından sonra yığmaya ilk dəfə çağırılıb. 2018-ci ilin iyul ayından argentinalılar 6 yoldaşlıq oyunu keçirib, Messi onların heç birində iştirak etməyib.
Qeyd edək ki, Argentina yığması martın 22-də öz meydanında Venesuela komandası, 26-da isə Mərakeş yığması ilə qarşılaşacaq.