...

Atletlərimiz Avropa çempionatında çıxışlarını başa vurublar (FOTO)

İdman Materials 11 Aprel 2019 17:47 (UTC +04:00)
Gürcüstanın Batumi şəhərində keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı davam edir.
Atletlərimiz Avropa çempionatında çıxışlarını başa vurublar (FOTO)

Bakı. Trend:

Gürcüstanın Batumi şəhərində keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda bu gün daha iki atletimiz – Nailxan Nəbiyev və Kamran İsmayılov körpücük üzərinə çıxıb.

Onların hər ikisi 96 kq çəki dərəcəsinin B qrupunda yarışıblar. Nailxan Nəbiyev toplam 337 kq (147+190) nəticə ilə bu qrupda 8-ci, Kamran İsmayılov isə 333 kq (148+185) nəticə ilə 9-cu yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti