...

Yunan-Roma güləşçilərimiz Avropa 3-cüsü oldu

İdman Materials 15 Aprel 2019 11:24 (UTC +04:00)
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatına yekun vurulub.
Yunan-Roma güləşçilərimiz Avropa 3-cüsü oldu

Bakı. Trend:

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatına yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, qitə birinciliyində bir gümüş və iki bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamız 76 xal toplayaraq, komanda hesabında 3-cü yeri tutub. Rusiya (192) birinci, Türkiyə (132) isə ikinci olub.

Qeyd edək ki, millimizə ən çox xalı finala kimi irəliləyən İslam Abbasov qazandırıb. Avropa ikinciliyinə görə komandamızın hesabına 20 xal yazılıb. Bürünc medalçılar - Eldəniz Əzizli və Taleh Məmmədovdan hərəyə 15 xal gəlibsə, medal görüşündən məğlub ayrılan Orxan Nuriyevin əldə etdiyi xal 10-a bərabər olub. Yığmamıza digər xallar Sabah Şəriəti (8), Murad Məmmədov (6) və debütant Ülvi Qənizadədən (2) gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti