...

"Qarabağ"ın oyununun vaxtı dəyişdirildi

İdman Materials 19 Avqust 2019 04:40 (UTC +04:00)
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci turun oyun cədvəli məlum olub
"Qarabağ"ın oyununun vaxtı dəyişdirildi

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci turun oyun cədvəli məlum olub.

Trend PFL-ə istinadən bildirir ki, 3 günü əhatə edəcək turun bütün görüşləri "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, "Qarabağ" avrokuboklarda iştirak etdiyinə görə mövcud əsasnaməyə uyğun olaraq oyunu bir gün sonraya keçirilib.

Azərbaycan Premyer Liqası, 2-ci tur

24 avqust

"Sumqayıt" – "Səbail"

"Sumqayıt Arena", 19:00

25 avqust

"Sabah" – "Keşlə"

"Bank Respublika Arena", 18:45

"Qarabağ" – "Qəbələ"

"Azersun Arena", 21:00


26 avqust

"Zirə" – "Neftçi"

Zirə İdman Kompleksinin stadionu, 19:00.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti