...

Karateçilərimiz beynəlxalq turnirdən 6 medalla qayıdıb (FOTO)

İdman Materials 3 Sentyabr 2019 15:31 (UTC +04:00)
Azərbaycan karateçiləri İsveçrənin Bazel şəhərində ənənəvi beynəlxalq turnirdə iştirak ediblər.
Karateçilərimiz beynəlxalq turnirdən 6 medalla qayıdıb (FOTO)

Bakı. Trend:

Azərbaycan karateçiləri İsveçrənin Bazel şəhərində ənənəvi beynəlxalq turnirdə iştirak ediblər.

Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, milli komandanın üzvlərindən Şahin Atamov "Masters" seriyalı ustaların yarışında çempion olub. Novruz Əliyev və İlahə Qasımova isə bürünc medal qazanıb.

Fərdi yarışlarda İ.Qasımova (-55 kq) və Fəridə Əliyeva (+68 kq) ikinci yeri, N.Əliyev (-75 kq) üçüncü pilləni tutub. Bu nəticələrlə, idmançılarımız "Bazel Open"də 6 medala sahib olublar.

10 illik yubiley turnirinə 28 ölkədən 788 idmançı qatılıb. Milli komandanın digər üzvləri həftəsonu Yaponiyanın paytaxtı Tokioda Karate1 Premyer Liqa turnirinə hazırlıqla əlaqədar, bu yarışa yollanmayıblar.

Yubiley turnirinə dəvət olunmuş Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov mükafatlandırma mərasimində iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti