Bakı. Cani Babayeva - Trend:
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının 5-ci yarış günü davam edir.
Bu gün 24 gimnastın iştirakı ilə çoxnövçülük üzrə final keçirilir.
Yarışların yekununda qaliblərlə yanaşı, Olimpiya oyunlarına vəsiqə qazanan 16 gimnastın adı məlum olacaq.
Çoxnövçülük finalında Azərbaycanı Zöhrə Ağamirova təmsil edir.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.
Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.
Trend yarışdan maraqlı anları təqdim edir: