...

Ukrayna gimnastı: Bakıda çıxış etmək rahatdır

İdman Materials 20 Sentyabr 2019 18:56 (UTC +04:00)
Bu, mənim birinci dünya çempionatımdır və bəxtim gətirdi ki, məni komandanın heyətinə götürdülə
Ukrayna gimnastı: Bakıda çıxış etmək rahatdır

Bakı. Cani Babayeva - Trend:

Bu, birinci dünya çempionatımdır və bəxtim gətirdi ki, məni komandanın heyətinə götürdülər.

Bunu Trend-ə Ukrayna gimnastı Kristina Poqraniçnaya çoxnövçülük üzrə finalda çıxışından sonra deyib.

O, öz proqramını yaxşı yerinə yetirdiyini deyib.

İdmançı əlavə edib ki, Milli Gimnastika Arenasında çıxış etməkdən xoşu gəlir, burada gimnastlar üçün yaxşı şərait yaradılıb:

“Bakıda zal böyükdür, burada çıxış etmək rahatdır. Gimnastika Arenasında hər cür şərait yaradılıb”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti