...

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının mükafatlandırılma mərasimi keçirilib (FOTO)

İdman Materials 20 Sentyabr 2019 22:39 (UTC +04:00)
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi proqramında çoxnövçülük üzrə qaliblərin mükafatlandırılması mərasimi keçirilib
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının mükafatlandırılma mərasimi keçirilib (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi proqramında çoxnövçülük üzrə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, çoxnövçülük üzrə qızıl medalı Dina Averina, gümüş medalı Arina Averina və bürünc medalı Linoy Aşram qazanıblar.

Mükafatları Beynəlxalq Gimnastika Federasiyasının (FIG) baş katibi Nikolya Bumpen, FIG Bədii gimnastika üzrə texniki komitəsinin üzvü Marina Giqova, dünya çempionatının səfiri Yana Batırşina təqdim ediblər.

Bundan başqa, "Longines - Prize of Elegance" mükafatı təqdim edilib. Bu mükafata amerikalı gimnast Laura Zenq layiq görülüb. Mükafatı FIG prezidenti Morinari Vatanabe, "Longines" şirkətinin beynəlxalq sponsorluq məsələləri üzrə meneceri Bencamin Ebi və dünya çempionatının səfiri Yana Batırşina təqdim ediblər.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti