...

"Arsenal" "Mançester Yunayted" i məğlub edib

İdman Materials 2 Yanvar 2020 04:57 (UTC +04:00)
Londonun "Arsenal" klubu İngiltərə futbol çempionatının 21-ci turunun oyununda "Mançester Yunayted"i 2:0 hesabı ilə məğlub edib
"Arsenal" "Mançester Yunayted" i məğlub edib

Bakı. Trend:

Londonun "Arsenal" klubu İngiltərə futbol çempionatının 21-ci turunun oyununda "Mançester Yunayted"i 2:0 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, qolları Nikolya Pepe (8-ci dəqiqə) və Sokrates Papastatopulos (42-ci dəqiqə) vurublar.

"Arsenal" komandasına Mikel Arteta rəhbərlik etdikdən sonra ilk dəfə qələbə qazanıb.

London klubu 27 xalla turnir cədvəlində 10-cu yeri tutur. "Mançester Yunayted" 31 xalla beşinci pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti