...

Karateçilər yeni mövsümə İstanbulda başlayır

İdman Materials 4 Yanvar 2020 11:21 (UTC +04:00)
Azərbaycan karateçiləri beynəlxalq "Bosphorus Cup" turunirində iştirak edirlər.
Karateçilər yeni mövsümə İstanbulda başlayır

Bakı. Trend:

Azərbaycan karateçiləri 3-5 yanvar tarixlərində İstanbulda beynəlxalq "Bosphorus Cup" turunirində iştirak edirlər.

Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, yarışa federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-21 yaşadək gənclər, böyüklər, eləcə də para-karate milli komandamızın 26 üzvü yollanıb. Ənənəvi turnirdə 25 ölkədən 1316 idmançı iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti