...

Nurməhəmmədov-Ferqyuson döyüşünə bilet 11 000 dollardan baha olacaq

İdman Materials 30 Yanvar 2020 05:18 (UTC +04:00)
Döyüş Bruklində keçiriləcək
Nurməhəmmədov-Ferqyuson döyüşünə bilet 11 000 dollardan baha olacaq

Bakı. Trend:

Qarışıq döyüş növlərinin (MMA) UFC kateqoriyasında yüngül çəki üzrə kəmər sahibi Həbib Nurməhəmmədovun amerikalı Toni Ferqyusonla döyüşünə ən bahalı bilet $11 157 qiymətində olacaq.

Trend-in məlumatına görə, ən ucuz bilet isə UFC klubunun üzvləri üçün olacaq - $99.

Döyüş UFC 249 turniri çərçivəsində 18 apreldə Bruklində (ABŞ) keçiriləcək.

Qeyd edək ki, Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. Otuz beş yaşlı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb və 3 dəfə uduzub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti