...

"Real" Poqbadan imtina edib

İdman Materials 30 Yanvar 2020 20:22 (UTC +04:00)
Pol Poqba “Real”a transfer edilməyəcək.
"Real" Poqbadan imtina edib

Bakı. Trend:

Pol Poqba “Real”a transfer edilməyəcək.

Trend-in məlumatına görə, klubun prezidenti Florentino Peres baş məşqçi Zinəddin Zidanı bu fikrindən daşındırıb. Bildirilir ki, artıq “Mançester Yunayted” rəhbərliyi və məşqçi heyətinin də fransalı futbolçuya inamı azalıb. Sentyabr ayından zədəsini sağalda bilməyən Poqbanın bundan sonra toparlanıb özünə gələcəyinə heç kim inanmır.

Fransalı yarımmüdafiəçi bu mövsüm cəmi 8 oyunda meydana çıxıb. Onun hesabında 2 məhsuldar ötürmə var. Bir neçə gün öncə isə Poqba topuq nahiyəsindən əməliyyat olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti