...

Avropa çempionatında güləşçimiz Ermənistan təmsilçisinə qalib gələrək bürünc medal qazandı

İdman Materials 16 Fevral 2020 23:51 (UTC +04:00)
Azərbaycan sərbəst güləşçisi Camaləddin Məhəmmədov (125 kq) Roma şəhərində keçirilən Avropa çempionatının sonuncu günündə yığmanın ikinci bürünc medalını qazanıb
Avropa çempionatında güləşçimiz Ermənistan təmsilçisinə qalib gələrək bürünc medal qazandı

Bakı. Trend:

Azərbaycan sərbəst güləşçisi Camaləddin Məhəmmədov (125 kq) Roma şəhərində keçirilən Avropa çempionatının sonuncu günündə yığmanın ikinci bürünc medalını qazanıb.

Trend-in məlumatına görə, güləşçimiz bürünc medal uğrunda qarşılaşmada Ermənistan təmsilçisi Levan Berianidzeyə qalib gəlib.

125 kiloqram çəki dərəcəsində çıxış edən Camaləddin Məhəmmədov əvvəlcə bosniyalı, sonra türkiyəli rəqibinə vaxtından əvvəl qalib gəlib. Lakin dörddəbir finalda Polşa güləşçisinə məğlub olub. Rəqib finaladək irəlilədiyi üçün C.Məhəmmədov mübarizəni fevralın 16-da davam etdirib. Təcrübəli güləşçimiz təsəlliverici görüşdə avstriyalı idmançıdan güclü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti