...

Azərbaycan boksçusu Tayfur Əliyev “Tokio 2020”yə lisenziya qazanıb

İdman Materials 17 Mart 2020 00:40 (UTC +04:00)
Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına ilk lisenziyasını qazanıb
Azərbaycan boksçusu Tayfur Əliyev “Tokio 2020”yə lisenziya qazanıb

Bakı. Trend:

Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına ilk lisenziyasını qazanıb.

Trend-in Azərbaycan Boks Federasiyasına istinadən verdiyi məlumata görə, bu vəsiqəyə Tayfur Əliyev yiyələnib.

Bakı-2015 I Avropa Oyunlarının mükafatçısı Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 57 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı boksçu 1/8 finalda Edqaras Skurdelisdən (Litva) üstün olub. Rəqibi ilk hissədə zədələndiyindən, döyüşü davam etdirə bilməyib və Əliyev qalib elan olunub.

Yarış gecə seansından sonra dayandırılacağından 1/4 final qarşılaşması turnir bərpa olunduqdan sonra baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti