...

Bakı Şəhər Halqası Formula 1 yarışlarının ən yaxşı trasları arasındadır

İdman Materials 3 Aprel 2020 16:39 (UTC +04:00)
Bakı Şəhər Halqası 21-ci əsrdə Formula 1 yarışlarının keçirildiyi trasların reytinqində 5-ci yeri tutub
Bakı Şəhər Halqası Formula 1 yarışlarının ən yaxşı trasları arasındadır

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı Şəhər Halqası 21-ci əsrdə Formula 1 yarışlarının keçirildiyi trasların reytinqində 5-ci yeri tutub.

Trend-in məlumatına görə, "The Race" kanalının tərtib etdiyi reytinqdə 12 tras yer alıb.

Beləliklə, Bakı Şəhər Halqası İndianapolis (ABŞ), Valensiya (İspaniya), Soçi (Rusiya), Yas Marina (BƏƏ), Yonam (Cənubi Koreya), Sinqapur və Şanxay (Çin) traslarını qabaqlayıb.

Qeyd olunub ki, Bakı trası özündə müasir və qədim motivləri ideal şəkildə birləşdirir və müasir Bakının hündür binaları, qədim İçərişəhəri bütün gözəlliyi ilə nümayiş etdirir.

Reytinqdə birinci yeri ABŞ-ın Ostin şəhərinin trası tutub.

Qeyd edək ki, koronavirus epidemiyası ilə əlaqədar 2020-ci il Azərbaycan Qran prisi təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti