...

"Bavariya" ardıcıl 8-ci dəfə Almaniya Bundesliqasının qalibi oldu

İdman Materials 17 İyun 2020 00:49 (UTC +04:00)
"Bavariya" ardıcıl 8-ci dəfə Almaniya Bundesliqasının qalibi oldu

Bakı. Trend:

"Bavariya" futbol klubu ardıcıl 8-ci dəfə Almaniya Bundesliqasının qalibi oldu.

Trend-in məlumatına görə, Münhen şəhərinin təmsilçisi bu gün səfərdə Bremen təmsilçisi "Verder" üzərində 1:0 hesablı qələbə qazanaraq 32 oyundan sonra xallarının sayını 76-ya çatdırıb.

"Bavariya"nın turnir cədvəlində 66 xalla ən yaxın izləyicisi olan Dortmund "Borussiya"sı Münhen təmsilçisinə çatmaq şansını itirdi.

Beləliklə, "Bavariya" futbol üzrə Almaniya çempionatının 30-cu dəfə, ardıcıl olaraq isə 8-ci dəfə qalibi oldu. Bundan əlavə Münhen təmsilçisi 19 dəfə Almaniya Kubokunun və 7 dəfə Superkubokun qalibi olub. Klub 5 dəfə Çempionlar Liqasında qələbə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti