...

Futbol üzrə İtaliya çempionatında "Milan" ilə "Napoli" heç heçə oynadılar

İdman Materials 13 İyul 2020 03:09 (UTC +04:00)
Futbol üzrə İtaliya çempionatında "Milan" ilə "Napoli" heç heçə oynadılar

Bakı. Trend:

Futbaol üzrə İtaliya çempionatının 32-ci turunda "Milan" və "Napoli" komandaları qarşılaşıb.

Trend-in məlumatına görə, oyun 2:2 hesabı ilə başa çatıb.

"Milan" tərəfindən qolları Teo Ernandes (20-ci dəqiqə) və Frank Kessye (71-ci dəqiqə, penalti), "Napoli" tərəfindən isə Covanni Di Lorenso (34-cü dəqiqə) və Dris Mertens (60-cı dəqiqə) vurublar. Oyunun 88-ci dəqiqəsində birinci sarı vərəqəsini üç dəqiqə əvvəl alan "Milan"ın yarımmüdafiəçisi Aleksis Salemakers ikincisini aldığı üçün meydançadan kənarlaşdırılıb.

"Milan" İtaliya futbol çempionatının turnir cədvəlində 32 oyundan 50 topladığı xalla 7-ci yerdədir. "Napoli" 32 oyunda topladığı 52 xalla 6-cı yerdə qərarlaşıb ki, bu da kluba Avropa Liqasının seçmə mərhələsində oynamağa imkan verəcəkdir.

Növbəti turda "Milan" öz meydançasında "Parma" ilə, "Napoli" isə qonaq olaraq "Boloniya" ilə oynayaçaqlar. Hər iki görüş 15 iyulda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti