...

"Milan" "Atalanta" ilə heç-heçə oynadı

İdman Materials 25 İyul 2020 03:49 (UTC +04:00)
"Milan" "Atalanta" ilə heç-heçə oynadı

Bakı. Trend:

Futbol üzrə italiya çempionatının 36-cı turunda "Milan" öz meydançasında "Atalanta" ilə heç heçə oynayıblar.

Trend-in məlumatına görə, oyun 1:1 hesabı ilə sona çatıb.

"Milan" tərəfdən qolu 14-cü dəqiqədə Hakan Çalxanoğlu, "Atalanta"dan isə 37-cü dəqiqədə Duvan Sapata vurublar.

Turnir cədvəlində 60 xal toplayan "Milan" altıncı pillədədi. 75 xalı olan "Atalanta" isə ikinci yerdə qərarlaşıb. Növbəti turda milanlı klub iyulun 29-da "Sampdoriya", berqamolu "Atalanta" isə "Parma" ilə görüşəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti