...

Futbol üzrə İtaliya çempionatında "Lasio" "Verona"nı məğlub etdi

İdman Materials 27 İyul 2020 01:17 (UTC +04:00)

Bakı. Trend:

Futbol üzrə İtaliya çempionatının 36-cı turunda "Verona" "Lasio" komandasına məğlub olub.

Trend-in məlumatına görə, oyun 5:1 hesabı ilə sona çatıb.

Qolları romalı "Lasio" tərəfindən Sergey Milinkoviç-Saviç (56-cı dəqiqə), Xoakin Korrea (62) və Çiro İmmobile (45+6, penalti; 83; 90+4, penalti), "Verona"dan isə Sofyan Ambarat vurublar.

Turnir cədvəlində "Lasio" 36 oyunda 75 xal toplayaraq dördüncü yerdədir. Daha əvvəl klub çempionlar liqasına keçidinitəmin edə bilib. "Verona" 46 xalla doqquzuncu yerdədir.

Növbəti turda iyulun 29-da "Lasio" "Breşiya", "Verona" isə həmin gün "SPAL" ilə görüşəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti