...

Futbol üzrə İtaliya çempionu "Yuventus" oldu

İdman Materials 27 İyul 2020 02:58 (UTC +04:00)
Futbol üzrə İtaliya çempionu "Yuventus" oldu

Bakı. Trend:

"Yuventus" futbol üzrə İtaliya çempionatının qalibi olub.

Trend-in məlumatına görə, turinli klub bu titulu "Sampdoriya" komandasını 2:0 hesabı ilə məğlub edərək birinciliyin sonuna iki tur qalmış qazana bilib. Oyunda qolları Kriştianu Ronaldu və Federiko Bernardeski vurublar.

"Yuventus" 36 turda 83 xal toplayıb və 76 xal toplayan "İnteri" geridə qoyub. Komanda ardıcıl olaraq doqquzuncu, tarixdə isə 36-cı dəfə İtaliya çempionu adını qazanır.

Xatırladaq ki, klubu çempionluğa mövsüm öncəsi komandaya rəhbərlik edən məşqçi Maurisio Sarri gətirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti