...

Futbol üzrə İtaliya çempionatında "Milan" "Napoli"yə qalib gəldi

İdman Materials 23 Noyabr 2020 03:35 (UTC +04:00)
Futbol üzrə İtaliya çempionatında "Milan" "Napoli"yə qalib gəldi

Bakı. Trend:

Futbol üzrə İtaliya çempionatının səkkizinci turunda "Milan" "Napoli"ni 3:1 hesabı ilə məğlub etdi.

Trend TASS-a istinadən xəbər verir ki, qaliblər tərəfindən Zlatan İbrahimoviç (20, 54-cü dəqiqə) və Yens Hauge (90 + 5) fərqlənib, "Napoli"dən isə Dris Mertens (63) qol vurub. 66-cı dəqiqədə "Napoli"nin yarımmüdafiəçisi Tiemue Bakayoko ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Turnir cədvəlində "Milan" 20 xalla birinci yeri tutur, "Napoli" 14 xalla altıncıdır.

Növbəti turda "Milan" "Fiorentina"nı qəbul edəcək, "Napoli" isə "Roma" ilə qarşılaşacaq, hər iki görüş 29 noyabrda keçiriləcək. Bundan əlavə, 26 noyabrda "Milan" Avropa Liqası qrup mərhələsinin dördüncü turunda Fransanın "Lill" komandası ilə, "Napoli" isə həmin gün Avropa Liqasında Xorvatiyanın "Rieku"su ilə qarşılaşacaqlar.

Çempionat gününün digər oyunlarının nəticələri:

"Fiorentina" - "Benevento" - 0:1;

“Verona” - “Sassuolo” - 0:2;

“İnter” - “Torino” - 4:2;

“Roma” - “Parma” - 3:0;

“Sampdoria” - “Bolonya” - 1:2;

“Udineze” - “Cenoa” - 1:0.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti